Interposta.Info

Putin Makrona Ukraynanı tam ələ keçirəcəyini bildirib - BFMTV

Siyasət
 3-03-2022, 21:40     401

Fransa prezidenti Emmanuel Makronla söhbəti zamanı Vladimir Putin bildirib ki, Rusiya Federasiyası bütün Ukraynanı ələ keçirmək üçün hücumlarını davam etdirəcək. O, güzəştə getməkdən imtina edib.

"İnterPosta"Unian-a istinadla xəbər verir ki, bu barədə BFMTV Yelisey Sarayına istinadən məlumat yayıb.

Makron hesab edir ki, "ən pisi hələ qarşıdadır”. Bir saat yarımlıq söhbət zamanı Rusiya prezidenti Makrona bildirib ki, Rusiya ordusunun "əməliyyatı” Moskvanın "planına uyğun” gedir. O, həmçinin ukraynalılar onun şərtlərini qəbul etməsə, vəziyyəti gərginləşdirəcəyi ilə hədələyib.

"Prezident Makron prezident Putinin ona dediklərini nəzərdə tutaraq, daha ağır günlərin hələ qarşıda olduğunu deyir”, - Yelisey Sarayından bildirilib.

"Rusiyanın hərbi işğalına qarşı səkkizinci gün davam edir. İşğalçı qoşunlar bu gecə yenidən iri şəhərlərin yaşayış məntəqələrini atəşə tutmaq taktikasına əl atıblar.

Qara dənizdə düşmən donanmasının qrupları mülki gəmiləri atəşə tutmağa və dənizçiləri əsir götürməyə davam edir. Su zonasında dörd böyük desant gəmisi və üç raket katerindən ibarət desant dəstəsinin Odessa istiqamətində hərəkəti müşahidə olunur".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26