Interposta.Info

İranda binanın çökməsində təqsirli bilinən 8 nəfər saxlanılıb

Dünya
 24-05-2022, 08:56     298

İranın Abadan şəhərində 10 mərtəbəli binanın çökməsində təqsirli bilinən 8 nəfər saxlanılıb.

APA-nın Tehran bürosunun məlumatına görə, binanın sahibi, podratçı şirkət rəhbəri və Abadan şəhər meriyasına tikintiyə nəzarət şöbəsinin 6 əməkdaşı saxlanılıb. Faktla bağlı cinayət işi açılıb və araşdırma aparılır.

Qeyd edək ki, Abadan şəhərində çökən binada 6 nəfər ölüb, 29 nəfər yaralanıb.

Dağıntılar altında 80 nəfərin qaldığı təxmin edilir.

Axtarışlar davam etdirilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26