Çində binanın çökməsi nəticəsində 20 nəfər dağıntılar altında qalıb
Çinin ən böyük şəhərlərindən olan Şanxayda binanın çökməsi nəticəsində 20 nəfər dağıntılar altında qalıb.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, hadisə səhər saatlarında Çannin rayonunda baş verib. Dərhal hadisə yerinə gələn xilasedicilər dörd nəfəri xilas ediblər.
Hazırda uçqun altında qalanların axtarış-xilasetmə işləri aparılır.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26