Interposta.Info

İtaliyada zəlzələ baş verib,

Dünya
 22-08-2017, 09:49     9 878

İtaliyanın İskya adasında 3,6 bal gücündə zəlzələ baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri adanın qərb sahilində, ocağı isə 10 km dərinlikdə yerləşib.

Hadisə nəticəsində xəsarət alan və itkin düşənlərin olduğu bildirilir. Bir sıra yaşayış məntəqələrində dağıntılar qeydə alınıb.

Qeyd edək ki, 2016-cı il, avqust 24-də İtaliyanın Amatriçe şəhərində baş verən 6,0 ballıq zəlzələ nəticəsində 298 ölmüş, yüzlərlə insan yaralanmışdı, 3 minədək insan evsiz qalmışdı.

***

İtaliyanın İskya adasında baş verən zəlzələ nəticəsində qadın ölüb.

APA-nın məlumatına görə, bu barədə “Rai News 24” telekanalı xəbər verib.

Xilasedicilər dağıntılar altında qalanların ola biləcəyini və ölənlərin sayının artacağını istisna etmirlər. Hazırda İskya kurort adasında elektrik enerjisi tamamilə kəsilib.

***

İtaliyanın İskya adasında baş verən zəlzələ nəticəsində 2 nəfər ölüb, 25 nəfər xəsarət alıb.

APA-nın məlumatına görə, bu barədə “Rai News 24” telekanalı xəbər verib.

Xilasedicilər dağıntılar altında qalanların ola biləcəyini və ölənlərin sayının artacağını istisna etmirlər.

Qeyd edək ki, yay aylarında İskya adası çox sayda turist qəbul edir. Hazırda adada yerli əhali daxil olmaqla təxminən 250 min nəfərin olduğu bildirilir. Almaniya kansleri Angela Merkel dəfələrlə məzuniyyətini İskya adasında keçirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26