Interposta.Info

İranda baş verən iğtişaşlar nəticəsində 4 nəfər ölüb, 3 nəfər yaralanıb

Dünya
 2-01-2018, 00:13     10 463

İranın Həmədan əyalətinin Tuysirkan şəhərində baş verən iğtişaşlar nəticəsində 3 nəfər ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu Həmədan əyalət başçısının təhlükəsizlik məsələləri üzrə müavini Səid Şahroxi deyib. O insidentlə əlaqədar saxlanılanların olduğunu da qeyd edib.
Digər məlumata görə, İsfahan əyalətinin Nəcəfabad şəhərində bir nəfər ov silahı ilə polisə atəş açıb. Hadisə nəticəsində 1 polis ölüb, 3 nəfər yaralanıb.
Polisin məlumatına görə, Gülüstan əyalətinin Azadşəhr şəhərində 4 nəfər həbs olunub. Həbs olunan şəxslərin birinin evində aparılan axtarış zamanı çox sayda partlayıcı maddə aşkarlanıb.

Qeyd edək ki, bundan əvvəl İranda etiraz aksiyalarında ölənlərin sayının 10 nəfərə çatdığı, etirazçılardan bəzilərinin həbs olunduğu bildirilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26