Suriyada partlayış baş verib, 11 nəfər ölüb, 27 nəfər yaralanıb
Suriyanın şimal-qərbində yerləşən İdlib əyalətinin Cisir əş-Şuğur rayonunda törədilən partlayış nəticəsində 11 mülki şəxs ölüb, 27 mülki şəxs isə yaralanıb.
“Report” “Haber7”yə istinadən xəbər verir ki, hadisə yerinə Mülki Müdafiə Xidmətinin əməkdaşları cəlb olunub.
Partlayış nəticəsində ətrafdakı binalara və xeyli sayda avtomobilə ziyan dəyib.
Partlayışın səbəbi hələlik məlum deyil.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26