Interposta.Info

Fransanın Lion şəhərində partlayış nəticəsində 6 nəfər yaralanıb

Ölkə
 24-05-2019, 22:35     10 402

Fransanın Lion şəhərində partlayış olub. Nəticədə azı 6 nəfər xəsarət alıb.

Partlayış şəhərin mərkəzindəki piyadaların sıx olduğu bir küçədə qeydə alınıb.

Bildirilir ki, partlayışa içərisində partlayıcı maddə olan bağlama səbəb olub.

Polis ərazidə nəzarəti gücləndirib. Yerli rəsmi dairələr təhlükəsizlik məqsədilə sakinləri ərazidən uzaq qalmağa çağırıb./ona

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26