Interposta.Info

İranda daşqınlar nəticəsində ölənlərin sayı 25-ə yüksəlib

Dünya
 15-04-2017, 15:34     617

İranın Şərqi Azərbaycan və Kürdüstan əyalətlərində sel nəticəsində ölənlərin sayı 25-ə yüksəlib.

APA-nın Tehran bürosunun məlumatına görə, İranın şimal-qərbində baş vermiş təbii fəlakət nəticəsində daha 16 nəfər itkin düşüb.

Ölənlərdən 5-i Kirmanşah əyalətinin, qalanları isə Şərqi Azərbaycan əyalətinin Azərşəhr və Əcəbşir şəhərinin sakinidir.

İran prezidenti təbii fəlakət bölgəsinə xüsusi nümayəndələr göndərib.

Təbriz şəhərində də sel evlərə ziyan vurub.

İranın Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərində sel bir neçə körpünü dağıdıb, bir neçə kəndin əhalisi evakuasiya olunub.

Ölü və itkin sayının artacağı ehtimal olunur.

Qeyd edək ki, İranda güclü yağışlar nəticəsində bəzi çaylar məcrasından çıxıb, yaşayış məntəqələrinə ciddi ziyan dəyib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26