Interposta.Info

Təbii fəlakət 400-dən çox can aldı:

Dünya
 19-08-2017, 07:32     10 448

Qərbi Afrika ölkəsi olan Sierra Leonada davam edən güclü yağışlar fəlakətə səbəb olub.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, paytaxt Fritaunda baş verən sel və torpaq sürüşməsində ölənlərin sayı 400-ü keçib. Xilasedicilər bu günə qədər 409 cəsəd tapa biliblər. Ölənlərin sayının daha da artacağı ehtimal edilir.

600 nəfərin hələ də itkin olduğu deyilir.

Ölənlərin bir qisminin şəxsiyyətini müəyyənləşdirmək mümkün olmadığı üçün toplu dəfn mərasimi təşkil edilib.

Qeyd edək ki, Afrika və cənub-şərqi Asiya ölkələrində son həftələrdə davam edən yağışlar çox sayda insanın ölümünə səbəb olub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26