Interposta.Info

İtaliyada qar uçqunu altında qalmış

Dünya
 26-01-2017, 07:10     545

İtaliyada qar uçqunu altında qalmış
İtaliyanın Peskara əyalətində qar uçqunu altında qalmış “Rigopiano” otelində ölənlərin sayı 27 nəfərə çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl hadisə nəticəsində 25 nəfərin öldüyü bildirilirdi. Məlumata görə, xilasedicilər qarın altından daha 2 nəfərin meyitini çıxarıblar. Beləliklə, hazırda 2 nəfər itkin düşmüş hesab edilir.

Davam edən xilasedici əməliyyat nəticəsində 11 nəfər xilas edilib. Qar uçqunu yanvarın 18-də bölgədə qeydə alınmış bir neçə zəlzələdən sonra baş verib. Faktla bağlı polis və prokurorluq orqanları araşdırma aparır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26