Interposta.Info

Rusiyada yanğın nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb -

Dünya
 26-03-2018, 10:19     10 493

Rusiyanın Kemerovo şəhərində ticarət mərkəzində baş verən yanğında ölənlərin sayı 53 nəfərə çatıb.

APA-nın "ria-novosti"-yə istinadən verdiyi xəbərə görə, 16 nəfərin itkin düşmüş hesab edildiyi bildirilir.

***

07.56

Rusiyanın Kemerovo şəhərində ticarət mərkəzində baş verən yanğın söndürülüb.

APA-nın REN TV-yə istinadən verdiyi xəbərə görə, son məlumatlara əsasən, hadisə nəticəsində 37 nəfər ölüb, 40 nəfər xəsarət alıb.

Bundan başqa, 27 nəfərin itkin düşmüş hesab edildiyi bildirilir.

***

00:43

Rusiyanın Kemerovo şəhərində ticarət mərkəzində baş verən yanğın lokallaşdırılıb.

APA-nın xəbərinə görə, bu barədə “İnterfaks” agentliyi Rusiya FHN-nin regional idarəsinə istinadən məlumat verib.

Məlumata görə, hadisə nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb, 64 nəfər itkin düşüb. Kemerovo şəhərindəki dördmərtəbəli "Qış albalısı" ticarət mərkəzində yanğın martın 25-i, günün ikinci yarısında başlayıb. Yanğın 1500 kvadrat metr sahəni əhatə edib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

***

00:12

Rusiyanın Kemerovo şəhərində ticarət mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, indiyədək 43 nəfər xəstəxanaya yerləşdirilib.

Hadisə zamanı 69 nəfərin itkin düşdüyü təsdiqlənib.

***

23:52

Rusiyanın Kemerovo şəhərində ticarət mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yaralıların sayı 43 nəfərə çatıb. 20 nəfərin xilas, 100 nəfərin təxliyə edildiyi bildirilir. Təsdiqlənməmiş məlumata görə, hadisə zamanı 70-dək insan itkin düşüb.

Kemerovo şəhərindəki dördmərtəbəli "Qış albalısı" ticarət mərkəzi 2013-cü ildə istifadəyə verilib. Yanğının binanın 4-cü mərtəbəsində yerləşən batut zalında başladığı ehtimal edilir.

***

23:14

Rusiyanın Kemerovo şəhərində ticarət mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, xilasedicilər daha 2 nəfərin meyitini aşkarlayıblar. Bundan əvvəl 5 nəfərin öldüyü, 30 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilirdi.

Məlumata əsasən, Rusiya Fövqəladə Hallar naziri Vladimir Puçkov prezident V.Putinin tapşırığı ilə Kemerovoya yollanıb. İlkin versiyaya görə, yanğın ticarət mərkəzində yerləşən batut zalında başlayıb. İnsidentin səbəbləri araşdırılır.

***

21:39

Rusiyanın Kemerovo şəhərində ticarət mərkəzində baş verən yanğın lokallaşdırılıb.

APA-nın REN TV-yə istinadən verdiyi xəbərə, hazırda Rusiya İstintaq Komitəsinin əməkdaşları tərəfindən yanğın zamanı 35 nəfərin itkin düşdüyü barədə məlumat yoxlanılır.

Qeyd edək ki, ticarət mərkəzində baş verən yanğın nəticəsində 5 nəfərin öldüyü təsdiqlənib, 30 nəfər xəstəxanaya yerləşdirilib.

***

19:28

Bu gün Rusiyanın Kemerova şəhərində "Qış albalısı" ticarət mərkəzində yanğın nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya İstintaq Komitəsi açıqlayıb.

İstintaq Komitəsinin məlumatında qeyd edilir ki, dəqiqləşdirilmiş informasiyaya əsasən yanğın zamanı 3 qadın, bir uşaq və bir kişi həyatını itirib.

Yanğınla əlaqədar 32 nəfər tibbi yardım üçün müraciət edib, onlardan 30-u xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, İstintaq Komitəsi bundan əvvəl ilkin məlumata əsasən yanğında 3 uşaq və bir qadının öldüyü barədə məlumat yaymışdı.

***

saat 16.37

Bu gün Rusiyanın Kemerova şəhərində "Qış albalısı" ticarət mərkəzində yanğın nəticəsində 3 uşaq və bir qadın ölüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya İstintaq Komitəsinin nümayəndəsi Svetlana Petrenko bildirib.

Ölən uşaqlar və qadın yanğın zamanı ticarət mərkəzindəki uşaq əyləncə otağında olub. S. Petrenko yanğın zamanı xəsarət alan 26 nəfərin xəstəxanalara yerləşdirildiyini də qeyd edib.

S. Petrenko ticarət mərkəzində yerləşən iki kinoteatr zalında tavanın çökdüyünü da açıqlayıb. Hazırda yanğının söndürülməsi və xilasetmə işləri davam edir.

***

saat 14.46

Bu gün Rusiyanın Kemerova şəhərində "Qış albalısı" ticarət mərkəzində yanğın olub.

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, yanğın zamanı tüstüdən zəhərlənən 4 uşaq ölüb.

Yanğının əhatə etdiyi sahə və yanğının səbəbi dəqiqləşdirilir.

interposta.info



Rusiyada yanğın nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb -
Rusiyada yanğın nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb -
Rusiyada yanğın nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb -
Rusiyada yanğın nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb -
Rusiyada yanğın nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb -
Rusiyada yanğın nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb -
Rusiyada yanğın nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb -
Rusiyada yanğın nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26