Baham adalarında qasırğa nəticəsində ölənlərin sayı 43-ə çatıb
Baham adalarında “Dorian” qasırğası nəticəsində ölənlərin sayı artıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qasırğa nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb.
Daha əvvəl ölənlərin sayı 30 nəfər təşkil edib.
Qasırğa nəticəsində ABŞ-ın Cənubi Karolina və Corciya ştatlarının 220 mindən çox sakini işıqsız qalıb. Eyni zamanda, Şimali Karolina və Florida ştatlarında fövqəladə vəziyyət elan edilib.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26