Interposta.Info

İstanbulda binanın uçması nəticəsində ölənlərin sayı

Ölkə
 10-02-2019, 10:14     10 422

İstanbulda binanın uçması nəticəsində ölənlərin sayı 21-ə çatıb.

Trend-in məlumatına görə, bunu ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib. O deyib ki, dağıntıların altından 14 nəfər xilas edilib.

S.Soylunun sözlərinə görə, son ehtimallara əsasən binada hadisə zamanı 35 nəfər olub: "Və biz də 35 nəfəri tapmışıq. Ancaq xilasetmə əməliyyatları davam etdiriləcək".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26