Interposta.Info

Rusiyada su anbarının bəndinin uçması nəticəsində ölənlərin sayı artıb

Dünya
 19-10-2019, 15:55     10 452

Rusiyanın Krasnoyarsk diyarında su anbarının bəndinin uçması nəticəsində ölənlərin sayı artıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində ölənlərin sayı 15-ə çatıb.***

Rusiyanın Krasnoyarsk diyarının Kurqan rayonunda Seyba çayı üzərindəki bəndin uçması nəticəsində 12 nəfər ölüb, 19 nəfər yaralanıb, 13 nəfərin taleyi isə məlum deyil.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qızıl mədəni yaxınlığında su anbarının bəndinin uçması ilə yaranmış dalğanın hündürlüyünün 4 m-dən çox olduğu bildirilib.

FHN-in axtarış və xilasetmə qrupu əraziyə cəlb edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26