Interposta.Info

Rusiyada yaşayış binasında baş verən partlayış nəticəsində ölənlərin sayı artıb

Ölkə
 2-01-2019, 10:05     10 421

Rusiyanın Magnitogorsk şəhərində çoxmərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində ölənlərin sayı artıb.

Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi tərəfindən Çelyabinsk vilayətində yaradılan operativ qərargah məlumat yayıb.

Dağıntılar altından 11 meyit çıxarılıb. 30-dan çox insanın taleyi hələ də məlum deyil.

Qeyd edək ki, ötən il dekabrın 31-də Magnitogorsk şəhərində çoxmərtəbəli yaşayış binasının blokunda qaz sızmasından partlayış baş verib. Nəticədə 120 nəfərin yaşadığı bina çöküb. Hadisə yerinə Rusiyanın Prezidenti Vladimir Putin baş çəkib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26