Interposta.Info

Rusiyada daha bir yaşayış binasında partlayış baş verdi

Dünya
 14-01-2019, 11:57     10 453

Rusiyanın Rostov vilayətinin Şaxtı şəhərində bu səhər çoxmərtəbəli yaşayış binasında partlayış baş verib.

Virtualaz.org TASS agentliyinə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, məişət qazının partlaması nəticəsində bir qadın həlak olub.

Binanın dağıntıları altında insanların olması istisna edilmir.

Xatırladaq ki, dekabrın 31-də Maqnitoqorsk şəhərində yaşayış binasının bir bloku məişət qazının partlaması nəticəsində uçulmuşdu. Həmin hadisə nəticəsində 39 nəfər həlak olmuşdu.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26