Interposta.Info

Rusiyada yaşayış binası çökdü, ölənlər var –

Dünya
 9-11-2017, 20:33     8 918

Rusiyanın İjevsk şəhərində yaşayış binasının bir hissənin uçması nəticəsində 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

interposta.info "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, 9 mərtəbəli yaşayış binasının bir bloku uçub, ümumilikdə 28 nəfərin yaşadığı 8 mənzil tamamilə dağılıb.

İlkin versiyaya görə, hadisə qaz sobasının partlaması səbəbindən baş verib.

Hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam edir.
Dağıntılar arasında insanların qaldığı bildirilir, ölənlərin sayının artacağı istisna olunmur.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26