Türkiyədə qar uçqunu: Prezidentin müşaviri qar altında qaldı, 13 nəfər öldü
Türkiyədə qar uçqunu altında qalan daha 8 nəfər ölüb və ölənlərin sayı 13-ə çatıb.
Bunu ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib.
Hadisə Van-Bağçasaray yolunun 33 kilometrliyində baş verib. Qar sərnişinlə dolu olan mikroavtobusun üzərinə uçub. Xilasetmə işləri zamanı ikinci qar uçqunu olub.
"İndiyə qədər 3-ü mühafizəçi, 3-ü mütəxəssis çavuş, biri gizir, biri də mülki vətəndaşımız olmaqla 8 nəfər uçqunun altında qalaraq ölüblər”, - nazir deyib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Gülşən Orxan hadisə yerinə gedib. İkinci uçqun nəticəsində baş müşavir də qarın altında qalıb. O, yaralı vəziyyətdə xilas edilib və xəstəxanaya yerləşdirilib.
Daxili işlər naziri Süleyman Soylu deyib ki, uçqun altında 10-15 nəfərin qaldığı gümün olunur. Onların xilasedilməsi işləri davam etdirilir.
Hazırda Vanda hava küləksiz və qarsız olsa da, sabah qar yağacağı gözlənilir. 1 dərəcə civarında olan temperaturun mənfi 5 dərəcəyə düşəcəyi gözlənilir.
Qeyd edək ki, hadisə fevralın 4-də axşam saatlarında qeydə alınıb. Həmin gün qar altından 5 nəfərin meyiti çıxarılmışdı. 6 nəfər isə sağ qurtarılmışdı./qaynarinfo
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26