Interposta.Info

Moskvada ticarət mərkəzində yanğında xəsarət alanların sayı 18 oldu

Dünya
 11-07-2017, 12:40     469

Rusiyanın paytaxtı Moskvanın şimal-şərqində "Rio" ticarət-əyləncə mərkəzində baş vermiş yanğın nəticəsində biri uşaq, 1 nəfər FHN əməkdaşı olmaqla 18 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, yanğın ticarət mərkəzinin -1 mərtəbəsində başlayıb və yanğının sahəsi təxminən min kvadrat metr təşkil edib.

Xəsarət alanlardan 14 nəfər xəstəxanaya yerləşdirilib, 4 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Yanğının baş vermə səbəbləri hələ məlum deyil, araşdırma aparılır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26