Fransada yanğında beş nəfər ölüb, səkkiz nəfər xəsarət alıb
Fransanın Müluz şəhərində yaşayış binasında baş verən yanğın faciə ilə nəticələnib.
APA-nın BFMTV telekanalına istinadən verdiyi məlumata görə, yanğın bələdiyyəyə məxsus yaşayış binasında gecə yarısı baş verib. Hadisə yerinə 50 yanğınsöndürən cəlb olunub, onların səyi nəticəsində yanğını söndürmək mümkün olub.
Hadisə nəticəsində beş nəfər ölüb, səkkiz nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Xəsarət alanlarından beşinin vəziyyəti ağırdır.
Yanğının başvermə səbəbi araşdırılır.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26