Interposta.Info

İstanbulda oteldə yanğın - 3 nəfər ölü

Dünya
 14-06-2017, 13:55     483

İstanbulda otellərin birində güclü yanğın baş verib.

Trend-in məlumatına görə, yanğın nəticəsində 3 nəfər həlak olub. Polis ölənlərin tüstüdən zəhərlənərək ölmələri barədə məlumat verib.

Hər 3 nəfərin otel əməkdaşı olduğu bildirilib.

Yanğının baş vermə səbəbi hələ məlum deyil. Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.

İnsidentlə bağlı otel sahibi saxlanılıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26