Qaçqın şəhərciyində yanğın: 5 nəfər tüstüdən zəhərləndi
Mingəçevir – Xaldan şossesi üzərində yerləşən 1-ci qaçqın və məcburi köçkün şəhərciyində yanğın baş verib.
"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə 9 saylı doqquzmərtəbəli binada qeydə alınıb.Əraziyə Fövqəladə Hallar Nazirliyinin bir neçə yanğınsöndürmə briqadası cəlb olunub.
İlkin məlumata görə, yanğın zamanı 5 nəfər tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib.
Daha üç "təcili yardım" maşını hadisə yerinə göndərilib.
Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26