Bakıda 16 mərtəbəli binada yanğın baş verib, tüstüdən zəhərlənənlər var - FOTOLAR
Son məlumata görə, hadisə yerinə 7 yanğınsöndürən maşın cəlb olunub. Xilasedicilər tərəfindən bir neçə azyaşlı binadan çıxarılıb.
Hadisə zamanı tüstüdən zəhərlənənlərin olduğu bildirilir.
Tüstüdən zəhərlənən 10-dan çox sakinə hadisə yerində təcili tibbi yardım göstərilib. Bir azyaşlı Bakı şəhər 1 saylı Xəstəxananın Toksikoloji şöbəsinə yerləşdirilib
Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
****
Bakıda 16 mərtəbəli yaşayış binasında yanğın başlayıb.
APA-nın xəbərinə görə, hadisə paytaxtın Binəqədi rayonu, Fərman Məlikov küçəsində qeydə alınıb.
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir.
interposta.info![]()
![]()
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26

