Interposta.Info

Yataqxanadakı yanğın söndürüldü: 7 nəfər xəstəxanaya yerləşdirildi

Ölkə
 10-04-2019, 12:51     10 455

Bakıda yataqxana binasında baş verən yanğın zamanı 7 nəfərə tibbi yardım göstərilib.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumata verilib. Onlardan 3-ü qadın, 3-ü kişi, 1-i uşaqdır.

Bir nəfər özünü binadan aşağı atıb və 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb, vəziyyəti ağırdır. Bir qadın isə başından və üzündən yanıq xəsarətləri alıb.

***12.25

Bakıda məcbiri köçkünlərin məskunlaşdığı binada baş verən yanğın söndürülüb.

FHN-dən verilən məlumata görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 3 yanğınsöndürən maşını cəlb edilib. Həyata keçirilən tədbirlər nəticəsində binanın damında meydana gələn yanğın söndürülüb.

***12.02

Babək prospektində yerləşən yataqxana yanğın davam edir.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə zamanı 45 yaşında bir kişi qorxaraq özünü binanın 5-ci mərtəbəsindən aşağı atıb. Həmin şəxs təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

***11.45

Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın başlayıb.

Qaynarinfo xəbər verir ki, hadisə paytaxtın Babək prospektində yerləşən yataqxana binasında baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürələri cəlb edilib.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən ONA-ya bildirilib ki, yataqxanada baş verən yanğınla bağlı iki təcili yardım briqadası göndərilib.

Qeyd olunub ki, hələləlik zərərçəkənlər barədə məlumat yoxdur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26