Interposta.Info

Penitensiar Xidmətin ərazisində yanğın söndürüldü

Ölkə
 20-02-2018, 19:10     10 441

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin inzibati binasının ərazisində baş verən yanğın söndürülüb.

Xidmətin ərazisində yerləşən yardımçı tikilidə baş verən qısaqapanma nəticəsində 10 kv.m sahədə stul və kağızlar yanıb.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə nəticəsində təxliyə edilən və xəsarət alanların olmadığı bildirilir.

Qeyd edək ki, yanğın baş verən əraziyə iki təcili tibbi yardım briqadası da cəlb olunub.//apa

****

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin inzibati binasında yanğın başlayıb.

interposta.info APA-ya istinadən xəbər verir ki, Nəsimi rayonu, Nizami küçəsində yerləşən binada yanğını söndürmək üçün yanğınsöndürmə briqadaları cəlb olunub.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26