İtaliyada koronavirus qurbanlarının sayı 165 mini keçib
İtaliyada ötən 24 saat ərzində koronavirus qurbanlarının sayı 115 nəfər artaraq 165 min 91-ə çatıb.
AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyinin məlumatına görə, son sutkada ölkədə 38 min 507 nəfər COVID-19 infeksiyasına yoluxub. İtaliyada koronavirusa yoluxanların sayı ümumilikdə 16 milyon 993 min 813-ə yüksəlib.
Hazırda İtaliyada reanimasiya şöbəsində olanların sayı 341 nəfərdir.
GoldMedia.Az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26



