Interposta.Info

Koronavirusdan ölənlərin sayı 100 mini keçdi

Dünya
 10-04-2020, 21:00     388

Dünyada koronavirus (COVİD-19) infeksiyasına yoluxma və bu virusdan ölüm halları artmaqda davam edir. 31 dekabr 2019-cu ildə Çinin Uhan şəhərində aşkar edilən COVİD-19 qısa müddətdə bütün dünyaya yayıldı.

Hazırda Uhanda karantin rejimi ləğv edilib. Dünya və xüsusilə də ABŞ isə koronavirus kabusundan yaxa qurtara bilmir. Virusa qarşı vaksin hələ də hazırlanmayıb. Bu səbəbdən hər gün çoxsaylı ölümlər olur.

Hazırda dünya üzrə koronavirusa yoluxanların siyahısında öndə gələn ölkələrdən ABŞ istisna olmaqla, yoluxma halı əvvəlki günlərlə müqayisədə aşağıdır. Lakin ölüm halı yüksək olaraq qalır.

Musavat.com xarici mənbələrə istinadən bildirir ki, hazırda dünyada koronavirusa yoluxanların ümumi sayı 1 milyon 639 min 772 nəfər, ölənlərin ümumi sayı isə 100 min 157 nəfərdir. Siyahıda birinci yerdə ABŞ-dır. Son saatlarda ABŞ-da koronavirusa yoluxanların sayı 9 min 387 nəfər, ölənlər isə 1219 nəfər olub. Ümumilikdə bu ölkədə 477 min 953 nəfər koronavirusa yoluxan, 17 min 910 nəfər bu virusdan ölən var. Qeyd edək ki, ABŞ-da yoluxan və ölənlərlə bağlı tam siyahı hələ bu gün üçün açıqlanmayıb.

Dünyanın koronavirusa yoluxan ölkələrinin siyahısında ilk beşlikdə ABŞ-dan sonra İspaniya, İtaliya, Fransa və Almaniya gəlir.

Son saatlarda İspaniyada 3 min 831 nəfər yoluxub, 523 nəfər ölüb. Ümumilikdə İspaniyada 157 min 53 nəfər koronavirusa yoluxub, 15 min 970 nəfər isə ölüb.

İtaliyada koronavirusa son saatlarda yoluxanların sayı 3 min 951, ölənlər 570 nəfərdir. Ümumilikdə İtaliyada koronavirusa yoluxanların sayı 147 min 577 nəfər, ölənlərin ümumi sayı isə 18 min 849 nəfərdir.

Fransada son saatlar üçün yoluxma və ölüm hələ ki, açıqlanmayıb. Ümumilikdə Fransada 117 min 749 nəfər koronavirusa yoluxub, 12 min 210 nəfər ölüb.

Almaniyada son saatlarda 1389 nəfər yoluxub, ölüm sayı hələ açıqlanmayıb. Ümumi yoluxanların sayı 119 min 624 nəfər, ölən isə 2 min 607 nəfərdir.

Dünyada hazırda 1 milyon 170 min 594 nəfər koronavirus xəstəsi var. Onlardan 49 min 302
nəfərinin vəziyyəti ağırdır.
Bu zamana qədər dünyada koronavirusdan 369 min 21 nəfər sağalıb./musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26