Interposta.Info

Koronavirus mərkəz dəyişir: bu ölkələrdə təhlükə azalır - siyahı

Müxtəlif
 6-04-2020, 23:01     419

Koronavirus infeksiyasına yoluxma sayı əvvəlki günlərlə müqayisədə aşağı templə dəyişir. Ölüm sayında isə ciddi artım davam edir.

Dünyaya bu virus Çindən yayılsa da, hazırda Çin sıyahıda 6-cı yerə enib. Siyahıya liderlik edən Amerikada yoluxanların sayı ötən günlərlə müqayisədə azalsa da, ölüm sayı yüksək olaraq qalır. Siyahıda ikinci yerdə qərarlaşan İspaniyada, üçüncü olan İtaliyada da yoluxma və ölüm sayı ötən günlərlə müqayisədə aşağıdır. Siyahıda 5-ci olan Fransa və 8-ci olan İngiltərə isə yoluxma və ölüm sayı artır.

Musavat.com xarici mənbələrə istinadən bildirir ki, hazırda dünyada koronavirusa yoluxanların ümumi sayı 1 milyon 324 min 392 nəfər, ölənlərin ümumi sayı isə 73 min 645 nəfərdir. Siyahıda birinci yerdə ABŞ-dır. Son saatlarda ABŞ-da koronavirusa yoluxanların sayı 15 min 575 nəfər, ölənlər isə 756 nəfər olub. Ümumilikdə bu ölkədə 352 min 249 nəfər koronavirusa yoluxan, 10 min 372 nəfər bu virusdan ölən var.

Dünyanın koronavirusa yoluxan ölkələrinin siyahısında ilk beşlikdə ABŞ-dan sonra İspaniya, İtaliya, Almaniya və Fransa gəlir.

Son saatlarda İspaniyada 3 min 386 nəfər yoluxub, 528 nəfər ölüb. Ümumilikdə İspaniyada 135 min 32 nəfər koronavirusa yoluxub, 13 min 169 nəfər isə ölüb.

İtaliyada koronavirusa son saatlarda yoluxanların sayı 3 min 599, ölənlər 636 nəfərdir . Ümumilikdə İtaliyada koronavirusa yoluxanların sayı 132 min 547 nəfər, ölənlərin ümumi sayı isə 16 min 523 nəfərdir. Dünyada yoluxanların sayına görə ABŞ birinci yerdə olsa da, koronavirusdan ölənlərin sayına görə ilk yerdə İtaliya gəlir.

Almaniyada son saatlarda 1091 nəfər yoluxub. Ümumi yoluxanların sayı 101 min 214 nəfər, ölən isə 1612 nəfərdir.
Fransada son saatlarda 5 min 171 nəfər yoluxub, 833 nəfər ölüb. Ümumilikdə Fransada 98 min 10 nəfər koronavirusa yoluxub, 8 min 911 nəfər ölüb.

Çində isə gün ərzində 39 nəfər yoluxub, 2 nəfər ölüb. Ümumilikdə 3 həftəyə yaxındır ki, bu ölkədə yoluxanların sayı 80 minin üzərində (81 min 708) dayanıb. Ölənlər isə 2 həftəyə yaxındır ki, 3-4 min arasındadır (hazırda 3 min 331 nəfər). Koronavirusun ilk yayıldığı Uhan şəhərində karantin rejimi də yumşaldılıb. Çinin bu virusa qalib gəldiyi söylənilir.

Siyahıda 8-ci olsa da ölənlərin sürətlə artdığı İngiltərədə son saatlarda 3 min 802 nəfər yoluxub, 439 nəfər ölüb. İngiltərədə ümumilikdə 51 min 608 yoluxma, 5 min 373 nəfər ölən var.

Dünyada hazırda 973 min 462 nəfər koronavirus xəstəsi var. Onlardan 46 min 486 nəfərinin vəziyyəti ağırdır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26