Interposta.Info

İtaliyada COVID-19-a yoluxanların sayı 4 milyon 484 min 513 nəfərə çatıb

Dünya
 23-08-2021, 10:09     383

İtaliyada son 24 saat ərzində koronavirusa 5923 yeni yoluxma faktı qeydə alınıb.

AZƏRTAC İtaliya Səhiyyə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, ölkədə virusa yoluxanların sayı isə ümumilikdə 4 milyon 484 min 613 nəfərə çatıb. Son 24 saat ərzində 175 min 539 koronavirus testi icra olunub.

Ötən gün 23 nəfər COVID-19 səbəbindən dünyasını dəyişib. Bununla da pandemiya qurbanlarının sayı 128 min 751-ə yüksəlib.

Nazirlik 4382 nəfərin virusdan sağaldığını və aktiv xəstə sayının isə 134 min 938 olduğunu bildirib. Reanimasiya şöbəsində olan xəstələrin sayı 472-yə çatıb.

Bu günədək İtaliyada 75 milyon 252 min 826 nəfərə vaksin vurulub, hər iki dozanı qəbul edənlərin sayı 36 milyon 323 min 152 nəfərdir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26