Interposta.Info

Rusiyada ötən gün 40 mindən çox insan COVID-19 infeksiyasına yoluxub

 

Dünya
 28-10-2021, 15:12     28 986

Rusiyada son sutkada COVID-19-a maksimum - daha 40 096 yoluxma halı qeydə alınıb. Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 8 392 697 nəfərə çatıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Operativ Qərargahı məlumat yayıb.

Bununla yanaşı, ölkədə virusdan gündəlik ölüm sayında da maksimum qeydə alınıb. Belə ki, gün ərzində pandemiya səbəbindən ölənlərin sayı daha 1 159 nəfər artaraq 235 057 nəfərə yüksəlib.

Gün ərzində Rusiyada koronavirusa yoluxmuş 29 318 nəfər sağalıb və bu baxımdan ümumi say 7 272 053 nəfərə çatıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26