Interposta.Info

Rusiya hərbçiləri Çernobıl AES-i tərk etdi

Dünya
 1-04-2022, 09:40     324

Rusiya hərbçiləri Kiyev vilayətindəki Çernobıl Atom Elektrik Stansiyasının ərazisini tərk edib.

"Hazırda Çernobıl AES-in ərazisində heç bir kənar şəxs yoxdur”.

Qaynarinfo xəbər verir ki, bu barədə Ukraynanın Təcrid Zonasının İdarə Edilməsi üzrə Dövlət Agentliyindən bildirilib.

"Enerqoatom”, stansiya işçilərinə istinadən bu məlumatı təsdiqləyib.

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) martın 31-də Ukraynadan rus hərbçilərinin AES üzərində nəzarəti yazılı şəkildə ukraynalı heyətə verdiyi və qoşunlarının iki kolonla Belarusa çəkməyə başladığı barədə məlumat aldıqlarını bildirib.

MAQATE-nin məlumatına görə, üçüncü kolon da Çernobıl peyk şəhəri Slavutiçdən ayrılaraq Belarusa doğru hərəkət edib.

Daha əvvəl "Enerqoatom” xəbər vermişdi ki, Çernobıl təcrid zonası ərazisində ("Kürən" meşədə) rusiyalı hərbçilər səngərlər qazıblar və böyük ehtimalla onlar əhəmiyyətli miqdarda radiasiya alıblar.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26