Interposta.Info

Ukraynada ölən və yaralananların sayı açıqlandı

Dünya / Manşet
 25-02-2022, 09:39     388

Operativ məlumatlara görə, Rusiyanın hücumu nəticəsində 57 ukraynalı həlak olub.

"İnterPosta" xəbər verir ki, bu barədə Ukraynanın səhiyyə naziri Viktor Lyaşko bildirib.

O, qeyd edib ki, hərbi əməliyyatlar zamanı daha 169 ukraynalı yaralanıb.

Xatırladaq ki, Rusiya fevralın 24-də Ukrayna ərazisində hərbi əməliyyata başlayıb. Əməliyyatlar zamanı Çernobıl Atom Elektrik Stansiyası, Qostomel hava limanı, Xerson şəhərləri ələ keçirilib, bir sıra obyektlərə hava zərbələri endirilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26