Ukraynalı partiya lideri: “Saakaşvili sərhədi keçən kimi güllələyin!”

Ukraynanın Radikal Partiyasının lideri Oleq Lyaşko hesab edir ki, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Polşa-Ukrayna sərhədini keçməyə cəhd etdiyi zaman güllələnməlidir.
Virtualaz.org xəbər verir ki, özünün “Facebook” səhifəsində Lyaşko bununla bağlı yazıb:
“Saakaşvili öz kirvəsi Poroşenkonun qeyri-qanuni şəkildə verilmiş pasportunun əlindən alınması ilə bağlı qərarından narazıdır?! Ən yaxşı vəkilləri tut və get məhkəməyə! Sərhədçilərimizə müraciət edirəm: sərhədi keçən hər kəsi tərəddüd etmədən güllələyərək öldürün”.
Xatırladaq ki, hazırda Avropa ölkələrindən birində olan Mixail Saakaşvili sentyabrın 10-da Polşadan vətəndaşlığından məhrum edildiyi Ukraynaya daxil olacağını bəyan edib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26