Saakaşvili Ukrayna ərazisinə daxil oldu
Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin Polşa-Ukrayna sərhədini keçməyə müvəffəq olub.
APA-nın “112ua”-ya istinadən verdiyi xəbərə görə, sərhəddə Saakaşvilinin tərəfdarları və onu Ukrayna ərazisinə keçməsinə mane olmağa cəhd edən sərhədçilər arasında qarşıdurma yaranıb.
Daha sonra tərəfdarlarının müşaiyət ilə M.Saakaşvili Ukrayna ərazisinə daxil olub. Bundan əvvəl Odessa vilayətinin sabiq qubernatoru Polşanın “Şeqeni” nəzarət-keçid məntəqəsini maneəsiz keçib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26