Interposta.Info

Saakaşvilinin yeni yeri məlum oldu –

Dünya
 8-08-2017, 17:37     10 527

Odessa vilayətinin keçmiş qubernatoru və Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Litvaya gələrək Rusiya səfirliyi qarşısında keçirilən etiraz aksiyasında iştirak edib.

Axar.az xəbər verir ki, bu barədə RİA informasiya yayıb.

“Məndən qanunsuz olaraq alınmış Ukrayna vətəndaşlığını geri almalıyam. Əgər mübarizə aparmasam, ukraynalıların bir çoxu qəzəblənəcək və özlərini aldadılmış hesab edəcək”, - Saakaşvili Litva vətəndaşlığına keçməklə bağlı suala cavab verərkən bildirib.

Qeyd edək ki, bir qədər əvvəl Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Polşanı tərk etməsi xəbəri yayılmışdı.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26