Saakaşviliyə ağır zərbə:
Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin qubernatoru olmuş Mixail Saakaşvilinin bütün pasportları Ukrayna Xarici İşlər Nazirliyi tərəfindən ləğv edilib.
Rəsmi Kiyev ABŞ-ın aidiyyatı orqanları ilə əlaqə yaradaraq bu ölkədə olan Saakaşvilinin bütün pasportlarının ləğv edildiyini açıqlayıb.
Belə ki, sabiq prezidentin Ukraynaya daxil olması ilə yanaşı, ABŞ-dan 3-cü ölkəyə keçməsi də qadağan edilib.
Qeyd edək ki, Saakaşvili iyulun 28-də Ukrayna lideri Pyotr Poroşenkonun fərmanı ilə vətəndaşlıqdan çıxarılmışdı./axar.az
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26