Interposta.Info

Fransada atom elektrik stansiyasında yanğın söndürülüb

Dünya
 20-06-2017, 02:48     577

Fransanın şərqində "Büje" atom elektrik stansiyasında yanğın baş verib.

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, yanğın nüvə reaktorunun damında qeydə alınıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. İlkin məlumata əsasən, zərərçəkən yoxdur. Radiasiya səviyyəsinin artması qeydə alınmayıb. Qeyd edək ki, "Büje" atom elektrik stansiyası Lion şəhərindən 35 km aralıda yerləşir.

***

Fransanın "Büje" atom elektrik stansiyasında baş verən yanğın söndürülüb.

APA-nın xəbərinə görə, bu barədə Reuters agentliyi yerli yanğından mühafizə xidmətinin nümayəndələrinə istinadən məlumat verib.

Məlumata əsasən, atom elektrik stansiyasının beşinci enerji blokunun damında əmələ gələn yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə nəticəsində zərərçəkən olmayıb. Radiasiya səviyyəsinin artması qeydə alınmayıb. Yanğının səbəbləri barədə məlumat verilmir. Qeyd edək ki, "Büje" atom elektrik stansiyası Lion şəhərindən 35 km aralıda yerləşir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26