Interposta.Info

"Azərbaycan" İstilik Elektrik Stansiyasında yanğın baş verib - Ölkə qaranlığa qərq olub!

Paradoks
 3-07-2018, 01:05     10 636

Mingəçevir şəhərində yerləşən "Azərbaycan" İstilik Elektrik Stansiyasında yanğın baş verib.

Hal-hazırda stansiyada baş vermiş yanğının qarşısı alınması üçün, tədbirlər görülür.

Bakı şəhəri və ölkənin bir çox rayonlarına elektirik verilməsi dayanıb.

interposta.info xəbər verir ki, yanğının Elektirik Stansiyasının 6-cı blokunda baş verib.

Məlumat üçün onuda bildiririk ki, FHN, DİN, və digər dövlər qurumları yanğının qarşısının alınması üçün səfərbər olunub.

***

interposta.info-ın Mingəçevirdə olan əməkdaşı bildirir ki, aydiyatı qurumların səyi nəticəsində Mingəçevir Elektirik Stansiyasında yanğın tamamilə söndürülüb!

***

00:31
"Azərişiq" ASC-nin sədri Baba Rzayev başda olmaqla bütün işçilər təcili qaydada işə çağırılıb. Hadisənin səbəbləri araşdırılır.
interposta.info bildirir ki, bunu "Report"a "Azərişıq"ın mətbat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev təsdiq edib.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26