Interposta.Info

Kremldən Putinin özünü təcrid etməsi xəbərinə reaksiya

Dünya
 14-09-2021, 17:14     326

"Rusiya Prezidenti Vladimir Putin tamamilə sağlamdır”.

"İnterPosta"xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Putinin özünü təcrid etməsi normal praktikadır:

"Prezident tamamilə sağlamdır. Koronavirus xəstələri ilə təmasda olub, lakin peyvənd edilib-edilməməsi sualına cavab vermək çətindir. Həkimlər öz işlərini görürlər. Bu normal bir praktikadır. O, bir insanla təmas quranda müəyyən günlər özünü təcrid edir”.\qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26