Interposta.Info

Rusiyadan referenduma ilk reaksiya:

Dünya
 17-04-2017, 17:10     467

Türkiyədə Konstitusiyaya dəyişikliklə bağlı keçirilən referendum bu ölkənin daxili işidir.

Ахаr.az xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.

“Düşünürük ki, hər kəs türk xalqının seçiminə, qərarına hörmətlə yanaşmalıdır”, - Peskov bildirib.

Qeyd edək ki, bu, Rusiyadan referendumla bağlı gələn ilk açıqlamadır. Hələ ki, Rusiya Prezidenti Vladimir Putin referendumun nəticəsinə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik etməyib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26