Interposta.Info

Tramp Ərdoğanı dəstəklədi,

Dünya
 26-01-2017, 14:13     918

Tramp Ərdoğanı dəstəklədi,
ABŞ Suriya qaçqınları üçün təhlükəsizlik zonalarının təşkilinin mümkün nəticələrini nəzərə almalıdır ki, bölgədə situasiyanı dərinləşdirməsin.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib. O, ABŞ-ın Suriyada təhlükəsiz bölgələr yaratmaq haqqında qərarını Rusiya ilə məsləhətləşmədən qəbul etdiyini bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bu gün ABC televiziyasına müsahibəsində Suriyada qaçqınlar üçün təhlükəsizlik zonaları yaradılacağını bildirib. O, Avropada miqrant böhranının ABŞ-da təkrarlanmasını istəmədiyini bildirib.

Suriyada qaçqınlar üçün təhlükəsiz zonaların yaradılması ideyası ilə bu böhranın yarandığı ilk günlərdən Türkiyə Prezidenti Ərdoğana məxsusdur. Ərdoğanın bu təşəbbüsünü ABŞ-ın keçmiş prezidenti Barak Obama dəstəkləməmişdi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26