Interposta.Info

Trampdan Ərdoğana ilk dəstək –

Dünya
 26-01-2017, 11:53     1 019

Trampdan Ərdoğana ilk dəstək –
Mən Suriya xalqı üçün təhlükəsizlik zonası yaradacağam.

Axar.az xəbər verir ki, bunu ABC televiziyasına müsahibəsində ABŞ Prezidenti Donald Tramp söyləyib. O, Avropanın milyonlarla miqrantın Almaniya və digər ölkələrdə yerləşməyinə izn verməklə böyük səhvə yol verdiyini bildirib.

Qeyd edək ki, Amerika KİV-i bu gün Trampın Penqtaqona suriyalılar üçün təhlükəsizlik zona yaratmaq haqqında tapşırıq verdiyi haqqında informasiya yayıb. Plana əsasən, hərbi əməliyyatlar ucbatından yaşadıqları regionları tərk edən insanlar bu zonalarda daimi məskunlaşmalıdır.

Ərdoğan bu müharibənin başlanğıcından indiyə qədər Suriyada neytral zonanın yaradılmasını təklif edir. Türkiyə Prezidentinin bu təklifi indiyə qədər ABŞ və Avropa ölkələri tərəfindən qəbul edilməyib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26