Interposta.Info

"Barış Pınarı"nda atəşkəs əldə olundu, Tramp Ərdoğana təşəkkür etdi

Dünya
 17-10-2019, 22:16     10 345

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada ABŞ-ın vitse prezidenti Maykl Pensi qəbul edib.

Təkbətək görüşdən sonra açıqlama verən M.Pens Türkiyə və ABŞ-ın Suriyada atəşkəs üçün razılıq əldə etdiyini bildirib.

Donald Tramp Türkiyə prezidenti ilə ABŞ-in vitse prezidentinin görüşündən dərhal sonra Tvitterdə Ərdoğana təşəkkür edib: “Türkiyədən gözəl xəbərlər var, milyonlarla həyat xilas olacaq. Vitse prezident Maykl Pens və ABŞ dövlət katibi Maykl Pompeo bir azdan mətbuat konfransı təşkil edəcəklər. Prezident Ərdoğana təşəkkür edirəm”./musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26