Interposta.Info

Ərdoğana pis sürpriz:

Dünya
 6-05-2017, 20:18     586

Vaşinqton səfərindən sonra Ərdoğanı pis bir süpriz gözləyir. Tramp Rakkanı kürdlərlə birlikdə alacaq.

Axar.az xəbər verir ki, bu iddia ilə “Amerikan Forein Polisi” (Amerikan Foreign Policy) jurnalı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Vaşinqtona səfəri yaxınlaşdığı bir vaxtda tərəflər arasında YPG mövzusunda gərginlik yaşanacaq.

“ABŞ Prezidenti Donald Tramp Rakkanı kürdlərlə birlikdə xilas edəcəyini Türkiyəyə tezliklə açıqlayacaq. Obama dövründən hazırlanan və kürdlərlə birlikdə həyata keçilməsi nəzərdə tutulan bu plan Ərdoğanın səfərindən sonra gerçəkləşdiriləcək”, - məlumatda bildirilir.

Qeyd edək ki, Ərdoğan mayın 15-də Vaşinqtona səfər edəcək.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26