Tramp Ərdoğana söz verdi:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ Prezidenti Donald Trampla telefon danışığının detalları məlum olub.
Axar.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, danışıq əsnasında regional və qlobal problemlərdən əlavə, ABŞ-da saxlanılan türklərin taleyi də müzakirə olunub.
Ərdoğan danışıq zamanı Trampdan məsələ ilə bağlı addım atılmasını istəyib. Tramp isə “Bununla şəxsən özüm maraqlanacağam” cavabını verib.
Qeyd edək ki, Ərdoğanın ABŞ-a səfəri zamanı Vaşinqtondakı Türkiyə səfirliyi önündə türk vətəndaşların iştirak etdiyi qrupla PKK üzvləri arasında qarşıdurma yaranıb. Hadisə nəticəsində 11 nəfər yaralanıb, ABŞ polisi 2 nəfər Türkiyə vətəndaşını saxlayıb.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26