Interposta.Info

Tramp Ərdoğanı təbrik edib

Dünya
 26-06-2018, 19:41     10 391

ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğana zəng edərək, seçkidəki qələbəsinə görə onu təbrik edib.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ prezidenti Tramp və Ərdoğan arasındakı danışıqla bağlı verilən rəsmi açıqlama aşağıdakı kimidir:

"Prezidentimiz, hörmətli Rəcəb Tayyip Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasında bu gün bir telefon danışığı baş tutub. ABŞ prezidenti, hörmətli Tramp 24 iyundakı seçki qələbəsinə görə hörmətli prezidentimizə təbriklərini və uğur arzularını çatdırıb. İki lider Türkiyə və ABŞ arasıdakı strateji ortaqlığa diqqət çəkərək, qarşıdakı dövrdə başda müdafiə və hərbi münasibətlər olmaq üzrə ikili iş birliyinin hər sahədə inkişafı ilə bağlı ortaq qərarlılıqlarını qeyd ediblər.

Görüşmədə Münbiçlə bağlı ortaq yol xəritəsinin tətbiq olunması və terrorla mücadilə məsələlərində birlikdə çalışmağa davam edilməsinin əhəmiyyəti də vurğulanıb.Hörmətli prezidentimiz və ABŞ prezidenti, Tramp 11-12 iyul 2018-ci il tarixlərində, Brüsseldə baş tutacaq Nato zirvəsində bir araya gəlməyi səbirsizliklə gözlədiklərini də ifadə ediblər”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26