Interposta.Info

Vladimir Putin: “Türkiyə ilə birlikdə Suriyada əhəmiyyətli yol qət etmişik”

Siyasət
 14-02-2019, 17:28     10 535

“Türkiyə ilə birlikdə Suriyadakı tərəflər arasında dialoqa yeni impuls verə biləcəyimizə əminəm”.

“Report” “Anadolu” agentliyinə istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Soçidə üçtərəfli toplantıdan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə bildirib.

O, Suriya böhranının həlli üçün fəaliyyətin davam etdiyini vurğulayıb: “Türkiyə ilə birlikdə həyata keçirdiyimiz fəaliyyət nəticəsində Suriyada əhəmiyyətli bir yol qət etmişik. Suriyada hədəfimizə fəal, əhatəli fəaliyyət və qarşılıqlı razılaşmalarla çata bilərik. Türkiyə və İranla bu gün gerçəkləşdirəcəyimiz 3 tərəfli toplantıda Suriyada tərəflər arasında dialoqa yeni impuls verə biləcəyimizə əminəm”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə bildirib ki, Fərat çayının şərqi terrorçu PKK/YPG-PYD qruplaşmasından təmizlənməyənədək Suriyanın ərazi bütövlüyü bərpa olunmayacaq və bunu qoruyub saxlamaq mümkün olmayacaq. O, Suriyada təhlükəsizlik bölgəsinin yaradılması ideyasını Türkiyənin milli təhlükəsizliyi baxımından dəstəklədiklərini vurğulayıb: “Bu məsələyə Rusiyanın da müsbət yanaşmasından məmnunuq”.

Qeyd edək ki, bu gün Soçidə Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan, Rusiyanın dövlət başçısı Vladimir Putin və İran Prezidenti Həsən Ruhani arasında Suriya məsələsinə dair üçtərəfli görüş olacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26