Interposta.Info

Türkiyə prezidenti: ABŞ Suriyada terrorçu ordusu yaradır

Dünya
 15-01-2018, 19:25     10 411

ABŞ Türkiyə ilə sərhəddə Suriyada fəaliyyət göstərən PYD və YPG terrorçularından ibarət ordu yaradır.

Trend-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

R.T.Ərdoğan qeyd edib ki, terrorçu ordusunun hədəfi Türkiyədir: “Amma ABŞ bu terrorçu ordusunu yaratmazdan öncə Türkiyə onu məhv edəcək”.

Türkiyə prezidenti onu da vurğulayıb ki, PYD və YPG-ni dəstəkləməklə ABŞ artıq özünü biabır edib: “Terrorçuluqla mübarizədə Türkiyə ilə əməkdaşlıq etmək əvəzinə ABŞ terrorçularla dostluq edir”.
Qeyd edək ki, bu gün Türkiyənin baş nazir müavini Bekir Bozdağ da ABŞ-ın açıq-aşkar Suriyada terrorçuları dəstəklədiyini bildirmişdi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26