Interposta.Info

Rusiya prezidenti dilinə ana söyüşü gətirirmi?

Ölkə
 16-01-2019, 15:09     10 525

Dmitri Peskov: “Vladimir Putinin bəzi məsələlərdə normal kişilər kimi öz neqativ münasibətini bildirməyə ixtiyarı var”
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin söyüşdən istifadə edib-etmədiyi ilə bağlı jurnalistlərin sualına cavab verib.

“Arqumenti i fakti” qəzetinin verdiyi məlumata görə, Peskov suala şərh verməkdən boyun qaçırsa da, prezidentin özünü normal rus kişisi kimi apardığını söyləyib.

“Onu deyə bilərəm ki, normal insan kimi, o da bu və ya digər hadisəyə, yaxud insana öz neqativ münasibətini ifadə edə bilər,”-deyə Kremlin sözcüsü bildirib.

Dmitri Peskov həmin vaxt "insanın qanının donduğunu" sözlərinə əlavə edib.

Mətbuat katibi Vladimir Putinin subay həyat tərzinin onun işinə hansı dərəcədə təsir göstərdiyi barədə sualı da qəti cavablandırmayıb.

O, prezidentin bu məsələ ilə bağlı ciddi olaraq düşünmədiyini bildirib.

“Gəlin belə deyək: evlidir, ya evli deyil. Lakin bu prezidentlik funksiyasının icrasına əngəl törətmir”, -deyə Peskov müəmmalı cavab verib./musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26