Interposta.Info

Kremldən Ərdoğana cavab:

Dünya
 26-04-2017, 23:43     633

Rusiyanın Suriya Prezidenti Bəşər Əsədə münasibəti dəyişməyib. Mövqeyimiz budur: ölkənin gələcəyi və rəhbərliyinin taleyini ancaq Suriya xalqı müəyyən edə bilər.

Axar.az xəbər verir ki, bu sözləri RİA-ya açıqlamasında Kremlin mətbuat katibi Dmitri Peskov Türkiyə lideri Ərdoğanın “Röyter”ə açıqlamasını şərh edərkən deyib.

“O ki qaldı Prezident Putinin Əsədin müdafiəsi ilə bağlı fikrinə, Putinin Əsədə münasibəti dəyişməyib və bu, hamıya yaxşı məlumdur”, - Peskov bildirib.

Qeyd edək ki, Türkiyə Prezidenti Ərdoğan ötən gün “Röyter”ə geniş müsahibəsində Putinin Bəşər Əsədə münasibətinin dəyişdiyini bildirmişdi. “Cənab Putin mənə zəng etdi və dedi ki, siz məni düzgün başa düşün, mən Əsədi müdafiə etmirəm, onun vəkili də deyiləm”, - Ərdoğan qeyd etmişdi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26